Rumıniya və Moldova parlamentləri birləşir KONKRET

24.06.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rumıniya Parlamentinin Aşağı Palatası (Deputatlar Palatası) Rumıniya ilə Moldova Respublikasının birləşməsi haqqında qanun layihəsini qəbul edib.

KONKRET.az xəbər verir ki, sənəd “səssiz razılaşma” (tacit adoption) proseduru ilə təsdiqlənib. Bu mexanizmə əsasən, qanunvericilik təşəbbüsü 45 gün ərzində plenar iclasda müzakirə olunmadıqda və ya rədd edilmədikdə avtomatik olaraq qəbul edilmiş sayılır. “S.O.S. Romania” partiyası tərəfindən irəli sürülən təşəbbüs aprelin 14-də parlamentə təqdim edilsə də, hökumət və müvafiq komitələr tərəfindən mənfi rəy almışdı. Qanun layihəsi Rumıniyanın ATƏT-in Helsinki Yekun Aktına sadiqliyini təsdiqləyir və sərhədlərin dinc, diplomatik yollarla dəyişdirilməsinə imkan verir. Sənəd hökumətə Kişinyovla birləşmə istiqamətində təcili danışıqlara başlamaq səlahiyyəti verir. Qeyd etmək lazımdır ki, Deputatlar Palatasının bu qərarı yekun deyil; sənəd hazırda qərar qəbul edən orqan kimi çıxış edəcək Rumıniya Senatına göndərilib.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью