Rumıniya voleybol millisinin Bakıdakı Avropa çempionatında minimum hədəfi bəlli olub

13.08.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 avqust, AZƏRTAC

İlk növbədə məqsədimiz qrup mərhələsini keçməkdir. Daha sonra gələcək oyunlar haqqında düşünəcəyik. Avropa çempionatında komandaya kapitanlıq etmək mənim üçün əlavə təzyiq yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Rumıniya millisinin kapitanı Rodika Buteres Bakıda keçiriləcək Avropa çempionatı ilə bağlı danışarkən deyib.

“Komandada atmosfer müsbət, eyni zamanda çox rəqabətlidir. Biz mübarizə aparan komandayıq və məşqlərimiz olduqca gərgin keçir. Eyni zamanda, oyunçular arasındakı münasibəti çox bəyənirəm. Həm meydanda, həm də meydandan kənarda bir-birimizi yaxşı başa düşdüyümüzü hiss edirəm və bu, mənim həqiqətən qiymətləndirdiyim bir şeydir, - deyə voleybolçu əlavə edib.

Qeyd edək ki, Avropa çempionatı Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə avqustun 21-dən sentyabrın 6-dək keçiriləcək. Azərbaycanda C qrupunun oyunları keçiriləcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью