Rumıniya XİN: Buxarest Azərbaycanla enerji sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlıdır

28.05.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rumıniya XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Strateji tərəfdaşımız olan Azərbaycana sülh və rifah arzulayırıq. Rumıniya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz siyasi dialoqu gücləndirməyə və enerji sahəsi də daxil olmaqla, etibarlı əməkdaşlıq gündəliyi hazırlamağa çalışırıq", - paylaşımda vurğulanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью