Rumıniya yaxın zamanda Ukraynaya 23 cü hərbi yardım paketini təqdim edəcək

25.08.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniya Ukraynaya növbəti – artıq 23-cü hərbi yardım paketini yaxın zamanda təqdim edəcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Kiyevdə Rumıniyanın müdafiə naziri Liviu-Ionut Moșteanu ilə görüşdən sonra özünün “Facebook” səhifəsində məlumat verib.

Urkaynalı nazir Rumıniyanın əsas istiqamətlər üzrə ciddi dəstəyinə görə təşəkkürünü bildirib.

“Rumıniya, həmçinin F-16 təyyarələri üçün ukraynalı pilotların təlimini davam etdirir və hava hücumundan müdafiə sistemimizin qurulmasına digər mühüm töhfələr verir,” – o qeyd edib.

Şmıqalın sözlərinə görə, görüşdə hava müdafiə qüvvələri arasında koordinasiyanın gücləndirilməsi razılaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью