Rumıniya yığmasının üzvü Türkiyə millisində oynaya bilər milliləşdirəcək

03.09.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Rumıniyanın U-21 yığmasının müdafiəçisi Ümit Akdağ Türkiyə millisində oynaya bilər.

Sportal.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı 21 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Hazırda “Alanyaspor”un formasını geyinən Akdağ bu barədə qərar verməyib. Buxarestdə dünyaya gəlmiş Ümitin hər iki valideyni türkdür.

FSKB-nin yetirməsi olan gənc futbolçu “Çelsi”nin də akademiyasında çıxış edib. “Göztepe”, “Alanyaspor” və “Tuluza”da çıxış etmiş Ümitin xidmətində Avropanın bir çox klubu da maraqlıdır. Mərkəz müdafiəçisi olan futbolçu Rumıniyanın U-21 yığmasında 10 matç keçirib və 2 qol vurub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью