Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Yon Kornianu & Ladislav Simon” turniri keçirilib.
Apasport.az xəbər verir ki, memorialda ölkəmizi yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edib.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərimiz 5 medal qazanıb. Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanıb.
Millimiz komanda hesabında 2-ci yeri tutub.
U-17 DÇ: Tunar Həsənov 1/4 finalda dayandı U-17 DÇ: Azərbaycanın 6 güləşçisindən 3-ü məğlub olub - YENİLƏNİR Gülxanım Şirinova DÇ-ni medalsız başa vurub - YENİLƏNİB Nihad Süleymanlı 1/4 finalda uduzdu Hüseyn Rzazadə mundiala məğlubiyyətlə başladı – İlk görüşdə uduzdu