Rumıniyada 500 ə yaxın şirkət eyni anda müflis ola bilər

16.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniyada 460 müxtəlif profilli şirkət eyni anda müflis olmaq təhlükəsi ilə üzləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Lukoyl"a məxsus "Petrotel" neft emalı zavodunun fəaliyyətini bərpa etməməsidir.

"Cartel Alfa" Həmkarların Milli Konfederasiyasının rəhbəri Boqdan Xossu məsələ ilə bağlı açıqlamasında bunu böyük sosial problemlər yaradacağını bildirib. Onun sözlərinə görə, bütün Rumıniya üzrə 8 minə yaxın insan zavodun bağlanacağı təqdirdə işsiz qalacaq. Bundan başqa ölkədə dizel yanacağının qiymətinin artması qaçılmaz olacaq.

Qeyd edək ki, Ploeşti şəhərindəki bu zavod 1 il əvvəl təmirə bağlanıb. Daha sonra isə ABŞ-nin sanksiyasına məruz qalaraq fəaliyyətini bərpa edə bilməyib. Təmirə kimi təkcə zavodda 500-ə qədər işçi çalışıb. Bundan başqa Rumıniya neftinin 20 faizini emal edən "Lukoyl"un ölkədə 300-ə yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. Bu məntəqələrdə isə ümumilikdə 3500 nəfər işləyib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью