Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 18 noyabr, AZƏRTAC
Rumıniyanın cənub-şərqində, Vrança seysmik zonasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Vrança qraflığında yerləşən Nereju kommunasından 13 kilometr aralıda, ocağı isə 140 kilometr dərinlikdə olub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.