Rumıniyada ayılardan müdafiə üçün elektrik hasarları çəkiləcək

26.01.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Rumıniyada insanları qonur ayıların mümkün hücumlarından qorumaq üçün min kilometr civarında elektrik hasarları çəkiləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ətraf Mühitin Qorunması Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Məqsəd təkcə insanlarla  vəhşilərin qarşılaşmasının qarşısını almaq deyil. Bu hasarlar ayıların evlərə, əkin sahələrinə girişini də əngəlləyəcək.

Elektrik hasarlarındakı gərginlik ayıları sadəcə qorxutmaq üçün nəzərdə tutulub. Yəni, öldürücü gücdə olmayacaq.

Qeyd edək ki, ötən ilə olan məlumata görə, Rumıniya meşələrində 12700 qonur ayı yaşayır. Son 20 ildə ayıların hücumu üzündən 26 nəfər həyatını itirib, 274 nəfər isə yaralanıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью