Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Rumıniya çempionatında V turun qarşılaşmaları baş tutur.
Futbolpress.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun şərəfini qoruduğu “Petrolul” səfərdə “Voluntari” ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin komandasının üstünlüyü ilə yekunlaşıb.
“Voluntari” – “Petrolul” 1:2
Qollar: Roman, 11; Bran Flores, 9 (pen.), Malula, 71
Mübarizəyə ehtiyat oyunçular skamyasında başlayan Cəlal Hüseynov matçın 81-ci dəqiqəsində şans qazanaraq meydana daxil olub.
Əlavə edək ki, bu uğurlu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Petrolul” turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.