Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır. Rumıniya Avropa İttifaqında benzinin qiymətinin bir ay ərzində ən çox artdığı ölkələr sırasında yer alıb. Rumıniyanın “Știrile ProTV” nəşrinin Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına istinadla yaydığı xəbərə görə, bu ilin avqustunda ölkədə benzinin qiyməti iyul ayı ilə müqayisədə 6,6 faiz artıb. Aİ üzrə orta artım isə 3,3 faiz təşkil edib. “Eurostat”ın məlumatına əsasən, iyul-avqust aylarında benzinin qiyməti Aİ-nin 22 ölkəsində yüksəlib, üç ölkədə azalıb, daha iki dövlətdə isə dəyişməyib.