Rumıniyada keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası liderdir

01.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniyada keçirilən parlament seçkilərində Sosial Demokrat Partiyası(SDP) 26% səslə liderdir.

APA xəbər verir ki, bu ekzit-poll məlumatları yerli vaxtla saat 21:00-da seçki məntəqələri bağlandıqdan dərhal sonra Şəhər və Regional Sosiologiya Mərkəzi tərəfindən açıqlanıb.

SDP-dən sonra 19% səslə Rumınların Birliyi Alyansı və 15,5%-lə Rumıniyanın Qurtuluşu Alyansı gəlir.

Seçici fəallığı gözləntiləri aşaraq qeydə alınmış seçicilərin 52%-dən çoxunu təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью