Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Rumıniyanın Rımniku-Vılça şəhərindəki "Chimcomplex" kimya platformasında kompressordan xlor sızması baş verib, 3 zərərçəkmiş xəstəxanaya çatdırılıb.
Milli.Az xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.
Həmçinin müəssisənin ərazisindən 260 nəfəri təxliyə edilib.
Səlahiyyətli orqanlar beş kilometr radiusda potensial təhlükəli zonanın əhalisi üçün iki "RO-Alert" xəbərdarlığı göndərib. Vətəndaşlara rəsmilərin tövsiyələrinə əməl etmək və qapalı məkanlarda qalmaq tövsiyə olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)