Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniya Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırdığını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanu açıqlamasında Luçeskuya təşəkkür edərək deyib: "Cənab Mirça Luçesku bu çağırışı qəbul etdi və Rumıniya üçün əlindən gələni etdi. Ehtirası və fədakarlığı ona hər kəsin hörmətini qazandırıb".