Rumıniyada Nikuşor Dan prezident seçkilərinin qalibi oldu

22.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rumıniyanın Konstitusiya Məhkəməsi (KM) mayın 22-də Nikuşor Danın ölkə prezidenti seçkilərində qələbəsini rəsmən təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmənin sədri Mariana Enake EFE agentliyinə bildirib.

"Konstitusiya Məhkəməsinin hakimləri yekdilliklə Nikuşor Danı seçkilərin qalibi kimi təsdiqləyiblər", - o qeyd edib.

Xatırladaq ki, mayın 18-də Rumıniyada keçirilmiş prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan 53,6 faiz səslə qalib gəlib. Onun əsas rəqibi Corce Simion 46,4 faiz səs toplayıb.

Nikuşor Danın mayın 26-da and içəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью