Rumıniyada parlament seçkiləri keçirilir

01.12.2024

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniyada parlament seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, seçki məntəqələri yerli vaxtla səhər saat 06.00-da açılıb.
Səsvermə saat 21.00-da başa çatacaq.
Dörd il səlahiyyət müddəti olacaq parlamentə seçkilər proporsional sistem əsasında keçirilir, parlamentdə təmsilçilik üçün 5 faiz baryerini aşmaq lazımdır.
Seçkilərə ümumilikdə 31 siyasi partiya qatılıb. Rəy sorğularına əsasən, Sosial Demokrat Partiyası, Rumınların Birliyi Alyansı, Rumıniyanın Qurtuluşu İttifaqı və Milli Liberal Partiyası favorit sayılır.
Qeyd edək ki, mövcud parlamentdə sosial demokratlar nisbi çoxluğa malik olsalar da, bu, təkbaşına hökuməti formalaşdırmaq üçün yetərli deyil. Sosial demokratlar sağ mərkəzçi Milli Liberal Partiyası ilə koalisiya yaradıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью