Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir AZƏRTAC

24.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Buxarest, 24 noyabr, AZƏRTAC

Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.

AZƏRTAC xəbər verir ki, seçkilərdə iştirak edən 14 namizəddən yalnız beşi real qalibiyyət şansına sahibdir.

Birinci turda liderlik edən namizəd, hazırkı Baş nazir Marçel Çolaku, təxminən 25 faiz səs toplayıb. Ən böyük rəqibi isə ultrasağcı “Rumıniya Birləşməsi” partiyasının lideri Corce Simiondur. Son zamanlar ölkədəki rekord inflyasiya fonunda C.Simionun populyarlığı artıb.

Seçki kampaniyasında C.Simion Ukraynaya silah göndərilməsinə qarşı olduğunu bildirib. O, həmçinin Avropa İttifaqına şübhəli yanaşır və homoseksuallıq əleyhinə fikirlər səsləndirir. C.Simion Rumıniya və Moldova arasında birliyə dəstək verir, bu səbəbdən Moldovada bir neçə dəfə ölkəyə girişinə qadağa qoyulub.

Qalib müəyyənləşməzsə ikinci tur dekabrın 8-də keçiriləcək. 1 dekabr Rumıniyanın Milli Günündə isə ölkədə parlament seçkiləri baş tutacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью