Rumıniyada prezident seçkisi keçirilir

24.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rumıniyada prezident seçkisinin birinci turu keçirilir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Daimi Seçki Administrasiyasının rəhbəri Toni Qreble məlumat verib.

Onun sözlərinə görə, ölkədə 19 minə yaxın seçki məntəqəsi açılıb və xaricdəki seçki məntəqələrində də səsvermə davam edir.

Administrasiya rəhbəri aydınlaşdırıb ki, indiyədək səsvermə insidentsiz keçib.

Prezidentlik yarışının favoriti Sosial Demokrat Partiyasının lideri, Baş nazir Marcel Çiolakudur.

Namizədlərdən heç biri qalib gəlmək üçün tələb olunan 50%+1 səs toplamasa, dekabrın 8-də ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью