Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01.10.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Məlumata görə, hadisə Qidicen yaşayış məntəqəsində (Rumıniyanın şərqindəki Qalats vilayəti) dəmir yolu keçidində qeydə alınıb.

İlkin məlumatlara görə, mikroavtobusun sürücüsü xəbərdarlıq nişanlarına məhəl qoymayaraq icazə verilməyən vaxtda dəmir yolu xəttinə çıxıb. Buxarest-Yassı marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomobilə çırpılıb, nəticədə mikroavtobusdakı bütün sərnişinlər - iki qadın, bir kişi və bir uşaq ölüb.

Dəmir yolunun bu hissəsində qatarların hərəkəti dayandırılıb. Cinayət işi başlanıb, faktla bağlı istintaq davam edir.

///report///

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью