Rumıniyada qatarlar toqquşdu: Onlarla xəsarət alan var

04.05.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rumıniyanın Konstansa şəhərinin dəmiryol vağzalında iki qatar toqquşub.

Oxu.Az "Agerpres" agentliyinə istinadən xəbər verir ki, insident nəticəsində 28 nəfər xəsarət alıb, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Rumıniya Milli Dəmiryol Şirkətindən bildirilib ki, sərnişin qatarı yola düşmək üzrə ikən manevr edən digər qatarla toqquşub. Hər iki qatar texniki yoxlama üçün ehtiyat yollara çəkilib.

Nəqliyyat naziri Sorin Qrindyanu qeyd edib ki, hadisənin səbəbləri müəyyən edildikdən sonra gələcəkdə belə halların qarşısını almaq üçün təcili tədbirlər görüləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью