Rumıniyada silah sursat laboratoriyasında partlayış olub

29.04.2025

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyada silah-sursat laboratoriyasında partlayış baş verib, bir nəfər ölüb.

Bu barədə Evenimentul Zilei məlumat yayıb.

“Çərşənbə axşamı, aprelin 29-da saat 14:00 radələrində Pantelimon şəhərində sursat laboratoriyasında partlayış baş verib, ardınca bölmənin mülki əməkdaşı həlak olub”, – Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Ölən şəxsin 2019-cu ildən laboratoriyada işləyən 47 yaşlı qadın olduğu bildirilir. O, partlayıcı və pirotexniki materialların fiziki-kimyəvi analizlərini aparıb.

Qeyd olunur ki, fövqəladə hadisə yerində baş verən yanğın 35 dəqiqə ərzində söndürülüb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью