525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rumıniyanın cənub-şərqində, Dobruca regionundakı "Çernavode" Atom Elektrik Stansiyası 24 saat ərzində fəaliyyətini dayandıracaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Rumıniya Suları" kompaniyasının prezidenti Sorin Rındaşu yerli televiziyaların birinə müsahibəsi zamanı bildirib.
AES-nın fəaliyyətini dayandırmasına səbəb Dunay çayında suyun səviyyəsinin enməsidir. Rındaşu dünən Dunay çayında 1 saniyədə 1370 kub metr su axıdğını, bunun tarixi minimumdan - 1450 kub metrdən az olduğunu qeyd edərək, belə bir vəziyyətdə stansiyanın fəaliyyətini davam etdirməsinin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, "Çernavode" Rumıniyada yeganə AES-dir. Dunay çayının sahilində yerləşən stansiyada çayın suyundan reaktorların soyudulması üçün istifadə edilir.
L.Tağıyeva