Rumıniyadan Ukraynadakı səfirliyimizə hücuma REAKSİYA

15.11.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya XİN-in yaydığı məlumatda qeyd olunub.
Nazirlikdə qeyd ediblər ki, noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
 

"Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik", - Rumıniya XİN-dən bildiriblər.


Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью