Rumıniyalı futbolçu “Neftçi”nin düşərgəsində

21.07.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi"nin ortaq məxrəcə gəldiyi rumıniyalı futbolçu Kristian Kostin artıq "ağ-qaralar"ın düşərgəsindədir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, o, Bakı təmsilçisində tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.

Sözləşmənin müddəti 2 illikdir.

27 yaşlı oyunçu 2023-cü ildən Buxarestin "Dinamo" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb.

Kostin universal oyunçu hesab olunur - o, həm sağ cinah müdafiəçisi, həm də eyni cinahda vinger kimi oynaya bilir.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью