Rumıniyalı mütəxəssis: “Azərbaycanda cüdo həqiqətən də yüksək pillədədir”

25.07.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri Turnirində iştirak edən Rumıniya komandasının məşqçisi Söç Laslo Futbolpress.az saytına açıqlama verib.

Mütəxəssis yarışın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib və təəssüratlarını bölüşüb.

Turnirdə üç cüdoçu — Tamaş Jolt, Eröş Daniel və Barabaş Adam ilə təmsil olunduqlarını diqqətə çatdıran rumıniyalı məşqçi Bakıdakı şəraitdən və təşkil edilən ustad dərslərindən məmnunluğunu dilə gətirib:

“Avropa Cüdo Ümidləri Turniri mükəmməl bir layihədir. Xüsusilə vurğulamaq istərdim ki, burada baş tutan Kodokan seminarı əla səviyyədə təşkil olunub. Bakı isə sözün əsl mənasında möhtəşəm bir şəhərdir”.

Azərbaycan cüdosunun güclü ənənələrə sahib olduğunu qeyd edən S. Laslo bu yarışın rumıniyalı idmançıların peşəkar inkişafında müstəsna rol oynayacağını bildirib:

“Şübhəsiz ki, bu turnir idmançılarımızın peşəkar inkişafına böyük təkan verəcək. Yarış çox gərgin və yüksək səviyyədə keçir. Azərbaycanda cüdo həqiqətən də yüksək pillədədir və Bakıda tatamiyə çıxmaq Rumıniya seçməsi üçün əvəzolunmaz bir təcrübədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью