Rumıniyanın dövlət katibi: Cənubi Qaz Dəhlizi kimi strateji layihələrin genişlənməsində maraqlıyıq

03.06.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rumıniya regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə davamlı olaraq dəstək verir və bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə maraqlıdır".

Oxu.Az xəbər verir ki, bu fikirləri Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nitulesku Bakıda keçirilən Bakı Enerji Forumu çərçivəsində çıxışı zamanı səsləndirib.

"Bundan sonra da biz qonşularımızla enerji sektorunda etibarlı tərəfdaş olaraq əməkdaşlığımızı davam etdirəcəyik. Rumıniya təchizat marşrutları və mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verir və bu sahədə konkret təşəbbüslərlə çıxış edir", - deyə dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, ölkəsi enerji sahəsində regional əməkdaşlığın dərinləşməsi üçün müxtəlif platformalarda fəal iştirak edir və bu təşəbbüslərin mühüm iştirakçısıdır:

"Biz Avropa İttifaqının enerji siyasətini dəstəkləyir, eyni zamanda Cənubi Qaz Dəhlizi kimi strateji layihələrin genişlənməsində maraqlı tərəf olaraq çıxış edirik".

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью