Rumıniyanın energetika naziri: Avtomobilimi Azərbaycan benzini ilə doldururam

12.12.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki qonağı Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja olub.

Nazir iki ölkə arasında iqtisadi əlaqələrin perspektivlərindən, xüsusilə enerji tərəfdaşlığı üzrə gələcək inkişaf imkanlarından bəhs edib.

Rumıniyanın COP29-un nəticələrini milli enerji siyasətinə necə inteqrasiya edəcəkləri ilə bağlı danışan Sebastyan-İoan Burduja eyni zamanda ölkəsinin enerji bazarında SOCAR-ın gələcək rolunu qiymətləndirib.

O, həmçinin Rumıniyanın enerji keçidi üzrə beynəlxalq dialoqdan gözləntilərindən danışıb.

Ətraflı Baku TV-nin süjetində:

Rumıniyanın energetika naziri: "Avtomobilimi Azərbaycan benzini ilə doldururam"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью