Rumıniyanın müvəqqəti prezidenti təyin olundu

11.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Rumıniyanın Konstitusiya Məhkəməsi Senatın rəhbəri İlie Bolojanı ölkənin müvəqqəti prezidenti təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rumıniya prezidentinin ofisi Klaus Verner İohannisin vəzifəsindən istefası ilə əlaqədar 12 fevral 2025-ci il tarixindən etibarən boşalır”, - məhkəmədən bildirilib.

Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Yohannis ötən gün istefa verəcəyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью