Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Rumıniya Ukraynaya yardımı davam etdirəcək və ölkənin yenidən qurulması işlərində
Bizimyol.info xəbər verir ki, bunu Rumıniyanın seçilmiş prezidenti Nikuzor Dan Qara dəniz və Balkanlarda Təhlükəsizlik Forumu çərçivəsində d
"Ukraynaya yardım davam edəcək, biz hamımız, əlbəttə ki, sülhə və ya ən azı, atəşkəsə nail olmaq istəyirik.
O vaxta qədər Avropa və Rumıniya Avropanın bir hissəsi kimi Ukraynaya bütün lazımi arqumentləri təqdim etməlidir ki, danışıqlar aparacağı sülh onun üçün mümkün qədər ağlabatan olsun.
Və bunu etdikdən sonra, əlbəttə ki, ölkənin yenidən qurulmasında iştirak etməyə də yardıçı olacağıq", - deyə o qeyd edib.
Dan vurğulayıb ki, o, Buxarestin Kiyevə kömək etmək üçün etdiyi hərəkətləri dəstəkləyib, “baxmayaraq ki, o, müəyyən mənada son üç ildə hökumətlərin opponenti olub”.
Onun sözlərinə görə, bu, düzgün yanaşma idi, çünki Rumıniya təkcə öz təhlükəsizliyini deyil, həm də Moldovadakı vəziyyəti düşünürdü.
Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərində müstəqil namizəd Nikusor Dan qalib gəlib.