Rumınlar Juninyonun Sevilyaya satılacağına ümid edirlər | Icma.az
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda "Qarabağ"ın qonağı olacaq FKSB klubunun təmsil etdiyi Rumıniyada Azərbaycan təmsilçisinin həmin matçadək Juninyonu "Sevilya"ya satacağına ümid edirlər.
Fanat.Az xəbər verir ki, "Sport.ro" belə yazıb: "Juninyonun mümkün gedişi FKSB üçün sərfəli olar.
Əlbəttə, bu keçid 23 yanvar tarixinə, "Qarabağ"la Bakıdakı oyuna qədər reallaşsa".
Xatırladaq ki, "Cadena Cope" "Sevilya"nın Azərbaycan klubuna Juninyo üçün 2 milyon avroluq təklif göndərdiyini, lakin bu məbləğin Ağdam təmsilçisini qane etmədiyini bildirib.
Artıq "Qarabağ" da Əndəlüs təmsilçisindən təklif aldığını və geri çevirdiyini təsdiqləyib.
Nihat Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu