futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərəli mütəxəssis Ueyn Runi “Arsenal”ın Premyer Liqada “Mançester Yunayted”ə məğlub olmasını şərh edib.
Futbolpress.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Arteta yaxşı gələcəyi olan məşqçidir. “Mançester Yunayted” hesabda irəli olanda yanlışlığa yol verdi və eyni anda 4 əvəzetmə etdi. Bu an onun panikaya düşdüyünü düşünürəm.
Artetanı çox tərifləmişəm. O, məğlub durumda meydandakı oyunçularla bir neçə dəqiqə oynamağı yoxlamalı idi. Lakin panikaya düşdü və tələsik qərarı işə yaramadı”.