Runi Karrikin işini təriflədi

03.02.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Runi Karrikin işini təriflədi

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qımızı şeytanlar"ın yeni məşqçi Maykl Karrikin komandada gördüyü işi dəyərləndirib.

QOL.az xəbər verir ki, "Mançester Yunayted" Karrikin rəhbərliyi altında Premyer Liqada keçirdikləri üç oyunun hamısında qələbə qazanıb. Bu matçlarda "Mançester Siti" (2:0), "Arsenal" (3:2) və "Fulhem" (3:2) məğlub edilib.

Runi BBC-yə açıqlamasında deyib: "Mançester Yunayted" yenidən “Mançester Yunayted” kimi görünməyə başlayıb. Düşünürəm ki, Maykl öz işinin öhdəsindən əla gəlir və başqalarının nə deməsindən asılı olmayaraq, mövsümün sonuna qədər bu templə davam edərsə, klub ona daimi əsaslarla iş təklif etməlidir".

24 turdan sonra "Mançester Yunayted" 41 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Arsenal"dan 12 xal geri qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью