Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 4-cü turunda "qırmızı şeytanlar"ın “Mançester Siti” ilə matçını idarə edən hakimlər briqadasını sərt tənqid edib.
QOL.az xəbər verir ki, görüşün baş hakimi Maykl Oliver olub. Qarşılaşmada “Mançester Siti” 1:0 hesabı ilə qalib gəlib. “Şəhərlilər” 23-cü dəqiqədən etibarən azlıqda oynayıb.
Runi xüsusilə VAR sisteminin tətbiqindən narazılığını bildirib. O, Erlinq Haalandın vurduğu qoldan əvvəl Enso Fernandesin ofsaydda olduğunu bildirib:.
“VAR məni sadəcə dəli edir. Bu, dəhşətlidir! VAR oyundakı bütün emosiyaları və enerjini yox edir. Futbolu müəyyən səviyyədə oynamış hər kəs başa düşür ki, Enso Fernandes ofsaydda idi. Belə bir səhvə yol vermək mənim üçün tamamilə anlaşılmazdır”, – deyə Runi “The Touchline”ın “X” hesabında yayılan açıqlamasında bildirib.