Rus bölmələrində daha bir yenilik! Bu fənn də Azərbaycan dilində olacaq

22.08.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ilindən etibarən tədris dilindən asılı olmayaraq, məktəblətdə bütün V və VI siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Modern.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrdə qeyd olunub.

Bundan əvvəl tədrisi digər dillərdə aparılan sadəcə V siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunurdu. Növbəti tədris ilində isə bu yenilik bütün ölkə üzrə V və VI sinifləri əhatə edəcək.

Qeyd edək ki, tədris dilindən asılı olmayaraq, ümumi təhsil müəssisələrinin bütün X-XI siniflərində “Çağırışaqədərki hazırlıq” fənni dövlət dilində - Azərbaycan dilində tədris olunur.

Xatırladaq ki, məktəblərdə tədrisi digər dillərdə aparılan siniflər əsasən rus bölmələridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью