Rus casus gəmisi Britaniya sahillərində: kəşfiyyat aparılır

26.09.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Hazırda Rusiyanın “Yantar” adlı casus gəmisi Böyük Britaniya və İrlandiya sahillərində təxribatlar üçün kəşfiyyat aparır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, adi mülki gəmi kimi olsa da, əslində dərinlikdə işləyən qurğular və tammiqyaslı kəşfiyyat avadanlığı ilə təchiz olunub. Vəzifəsi internet, enerji təchizatı, hərbi rabitə və Avropadakı maliyyə əməliyyatlarının asılı olduğu sualtı kabel və boru kəmərlərinin xəritəsini çıxarmaq və lazım olduqda onları zərərsizləşdirməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью