Rus deputat müharibədə intihar etdi

08.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Udmurtiya vilayətinin Dövlət Şurasının deputatı və müharibə iştirakçısı Viktor Dyakov intihar edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Xüsusi əməliyyat üzrə işçi qrupunun tərkibində olan 31 yaşlı Dyakov intihara cəhd etdikdən sonra xəstəxanaya aparılıb: "Faciə nəticəsində Viktor Fyodoroviç Dyakov vəfat etdi". 

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью