Rus dili qorunan dillər siyahısından çıxarıldı Prezident qanunu imzaladı

13.06.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Ukrayna prezidenti Volodimir Zelenski rus dilini Ukraynada Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu (№ 4699-IX) imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk məlumat verib.

O, bunun Ukrayna dil məkanının qorunması və Avropa öhdəliklərinin yerinə yetirilməsi üçün vacib bir qərar olduğunu deyib.

"Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və məntiqli bir qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək üçün yaradılmış qoruyucu vasitələrdən faydalana bilməz", - Stefançuk bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью