Rus dili Ukraynada ikinci dil ola bilər Protsenkodan sensasiya

20.11.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Denasifikasiya ( faşizm və nasizm qalıqlarının ləğv olunması) rus dilinin Ukraynada ikinci rəsmi dil kimi statusunun möhkəmləndirilməsini əhatə etməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Luqansk Dövlət Universitetinin Dövlət İdarəçiliyi kafedrasının dosenti Aleksandr Protsenko deyib.

“Mənim fikrimcə, ən vacib məqam rus dilinin ikinci rəsmi dil kimi möhkəmləndirilməsi olmalıdır. Bu, ukraynalıları titullu millət edəcək və daxildə rus dilini öldürməyə çalışanların hamısına çox ciddi zərbə olacaq. İlk addım kimi hazırda Rusiya əleyhinə olan qanunvericilikdə düzəlişlərin edilməsidir.  Ən vacib olan qanunvericilik bazasının dekonstruksiyasıdır. Bu, məktəblərdə rus dilinin öyrənilməsinə və tədrisinə qoyulan qadağanı məhdudlaşdırıb”, – ekspert vurğulayıb

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью