Rus dilində danışdılar, araşdırma başladı Postsovet ölkəsində qalmaqal

16.08.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Latviyanın Daxili İşlər Nazirliyi rus dilində danışan polis əməkdaşları ilə bağlı xidməti araşdırmaya başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Yanis Domb­rava məlumat verib.

Hadisə sərhəd bölgəsində baş verib. İki nəfər Milli Silahlı Qüvvələrin hərbçilərinə rus dilində müraciət edib və latış dilini bilmədiklərini bildirib. Bundan sonra hadisə yerinə polis çağırılıb. Polis əməkdaşlarından biri də həmin şəxslərlə rus dilində danışıb və qısa söhbətdən sonra onları sərbəst buraxıb.

Domb­rava bildirib ki, polis əməkdaşlarının bu davranışına hüquqi qiymət veriləcək və mümkün cəza məsələsinə baxılacaq.

Latviya Dövlət Polisi də araşdırmanın başladığını təsdiqləyib və məsələni Dövlət Dil Mərkəzinə göndərib.

Qeyd edək ki, Domb­rava may ayında daxili işlər sistemində çalışanların xidməti vəzifələrini yerinə yetirərkən yalnız latış dilindən istifadə etməsi barədə göstəriş vermişdi./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью