Rus döyüşçü UFC dən uzaqlaşdırıldı

18.12.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyalı MMA döyüşçüsü Vyaçeslav Borşev uğursuz çıxışlardan sonra UFC təşkilatından kənarlaşdırılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti açıqlama yayıb. Qeyd olunub ki, 33 yaşlı idmançının son dövrdəki nəticələri gözləntiləri doğrultmayıb.

Borşev 2025-ci il ərzində ardıcıl üç dəfə məğlubiyyətlə üzləşib. O, son döyüşünü noyabr ayında UFC 322 turnirində keçirib və braziliyalı Mateus Kamilloya hakimlərin yekdil qərarı ilə uduzub.

Xatırladaq ki, Vyaçeslav Borşev 2021-ci ilin oktyabrında "Dana White's Contender Series" turnirində şotlandiyalı Kris Dunkanı nokautla məğlub etdikdən sonra UFC ilə müqavilə imzalamışdı.

Hüseyn
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью