Rus döyüşçülər KXDRin it əti konservləri ilə | Icma.az
Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Qərb mətbuatının yaydığı məlumata görə, Şimali Koreya it əti konservləri istehsal edir.
Bu cür məhsullar KXDR-də zülal mənbəyi, xüsusən də ordunun qida rasionunun ayrılmas hissəsi kimi istifadə olunur.
Bu cür konservlərin hazırda Rusiya əsgərləri ilə birlikdə Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçilərinə göndərilməsi barədə də məlumatlar var.
Rusiya Ukraynaya atdığı mərmilərin yarısını KXDR-dən alır - "The Times" "Rus əsgərləri artıq it ətinə "qonaq ediliblər".
Bu, bəzi işğalçılar arasında mənfi reaksiyaya səbəb oldu", - BILD yazıb.
Nəşrin məlumatına görə, hazırda Rusiya əsgərlərinin Şimali Koreyadan gətirilmiş konserv yeməkləri ilə bağlı çəkdikləri videolar sosial şəbəkələrdə surətlə yayılır.
Konservlərin üstünə Koreya dilində "İt əti Nureonggi" yazılıb: "Nureonq Koreya sarı şpitsi kimi də tanınan xüsusi it cinsidir.
Koreyalılar onları yemək üçün yetişdirirlər. Konservləşdirilmiş qidanın üzərində də qeyd edilib ki, "Bu məhsul yalnız KXDR ordusu üçündür".Y
Tam oxu
Xəbəri oxu