Rus Dram Teatrnın səhnəsində ilk dəfə “Hamlet” oynanıldı FOTOLAR

12.03.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrnın səhnəsində ilk dəfə V.Şekspirin "Hamlet” əsəri oynanılıb.

AZXEBER.COM xəbər verir ki, tamaşanın rejissoru Respublikanın xalq artisti A.Y.Şarovski olub.

İlk premyera günü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tamaşanın qonağı olub.

Qeyd edək ki, tamaşada Hamlet rolunu Əməkdar artist Teymur Rəhimov, Qertruda rolunu Əməkdar artist Həcər Ağayeva, Ofeliya rolunu Əməkdar artist Mariya Dubovitskaya, Klavdiy rolunu isə Əməkdar artist Murad Məmmədov canlandırıb.

Aysel


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью