Rus düşüncəsinin mükəmməl bir nümunəsi...

16.08.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Ruslar sülh, pul və rahatlıq istəyirlər - amma yalnız özləri üçün...

...Yəqin ki, televiziya aparıcısı, rejissor, ssenarist və prodüser Aleksandr Nevzorovun verilişlərinin birində dünyanın ən qorxmaz döyüşçü-əsgəri Vəzir Orucov barədə dediklərini unutmamısınız.

...Qeyd edək ki, Nevzorov bu gün də aktual mövzularla çıxış edir.

SİA onun Telegram-da yer alan yazısını təqdim edir:

...“Xüsusi hərbi əməliyyat bitəndən sonra edəcəyik?”

Və Putindən nifrət edən və açıq şəkildə müharibəyə qarşı olan qəzəbli bir rusun cavab.

O deyir ki, əgər Putin getsə, küçələrdə qatillər, səmada dronlar və ya əlil xüsusi hərbi əməliyyat əsgərləri, palma yağı və ya o "pis" çinlilər olmadan normal həyat başlayacaq.

Putin olmadan yenidən alman maşınları, iPhone-ları, interneti, benzini, biznesi, pulu olacaq - hər şey sivil bir ölkədəki kimi yaxşı olacaq.

Onları dayandıran tək şey Putindir.(?)

Bu, rus düşüncəsinin mükəmməl bir nümunəsidir. Onlar yalnız özləri üçün sülh və xoşbəxtlik istəyirlər.

Sərvət, pul və rahatlıq - özləri üçün.

Və onlar yalnız Putini günahlandırırlar, qalanları isə onun “günahsız qurbanları”dır.

Onlar Ukraynadakı terrora görə rusların cinayətkarlığını və ya məsuliyyətini başa düşmürlər.

Və Putinin əvəzinə, onlara təsəlli verəcək hər kəsi - hətta Putinin özünü də seçməyə hazırdırlar.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью