Rus elektromobilinin “uğuru” cəmi 1 satış

06.09.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın avtomobil sənayesində daha bir antirekord ortaya çıxıb.

Avtosfer.az xəbər verir ki, ötən ilin payızında təqdim edilmiş “Lada Largus” elektromobili (e-Largus) avtomobili indiyədək cəmi 1 ədəd satılıb. Maşının cəmi neçə ədəd istehsal olunduğu məlum deyil. Maraqlıdır ki, şirkətin saytında avtomobilin yalnız benzin və sıxılmış qazla işləyən versiyaları təklif edilir.
Qeyd edək ki, ötən oktyabrda təqdimat zamanı avtomobilin əksər detallarının Rusiyada istehsal edildiyi, yəni idxalı əvəzlədiyi iddiası tirajlanırdı. Lakin, çox adam bilir ki, “Largus” 70-ci illərdə layihələndirilmiş “Renault Logan” platforması üzərində dayanır.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью