Rus əsgərlərinə görə cərimə olundu | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna müharibəsində həlak olan rus əsgərlərinə aid şəxsi məlumatların internetdə yayılması rəsmi Moskvanı hərəkətə keçirdi.
"Cebheinfo.az" xəbər verir ki, Moskva məhkəməsi məlumatları ictimaiyyətə açıqladığı üçün “Google” şirkətini 3,8 milyon rubl (təxminən 46 min dollar) məbləğində cərimələyib.
Məhkəmənin qərarına əsasən, "Google" şirkəti Ukraynada müharibə zamanı həlak olan rus əsgərlərinin şəxsi məlumatlarını ifşa etdiyi üçün məsuliyyət daşıyır.
TASS -ın məlumatına görə, Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Vasitələrinə Nəzarət Xidməti ("Roskomnadzor"), “YouTube” platformasında yayımlanan videolarda öldürülən rus əsgərlərinin şəxsiyyətini və fərdi məlumatlarını qanunsuz şəkildə açıqlayan məzmunlar aşkar edib.
Həmin məhkəmə bundan əvvəl də "Google" -a müxtəlif səbəblərlə cərimələr tətbiq edib.
Bu səbəblər arasında rus əsgərlərinə təslim olma təlimatları verən videoların yayılması və Rusiyaya məxsus dövlət media kanallarının "YouTube" platformasında bloklanması da yer alır.
Yerlı KİV-lərin məlumatına görə, "Google"-un Rusiyaya qarşı ümumi cərimə borcu 2 trilyon rubldan (təxminən 2,4 trilyon dollar) çoxdur.
Tam oxu
Xəbəri oxu