Rus Evi bu ölkədə də bağlandı

27.05.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Suriyada fəaliyyət göstərən Rus Evi bağlanıb və bu ölkədən tələbə qəbulu müvəqqəti olaraq dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.

Onun sözlərinə görə, mərkəzin fəaliyyətinin dondurulması qərarı regionda qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə əlaqədardır.

“Bizim üçün əsas prioritet təhlükəsizlikdir. Şərait imkan verdikdə fəaliyyətimizi bərpa edəcəyik”, - Primakov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью