Rus Evi nin girişində yerləşdirilmiş məlumat lövhəsi qanunaziddir? RƏSMİ AÇIQLAMA

04.02.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rus Evi"nin fəaliyyət göstərdiyi binanın girişində yerləşdirilmiş məlumat lövhəsində "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması ilə bağlı məsələyə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində (ADRA) baxılıb.

Bu barədə Bakı şəhərində yerləşən "Rus Evi"nin binasının üzərində adının həm rus, həm də Azərbaycan dilində qeyd olunması, eyni zamanda şriftlər arasında fərqlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq ADRA-dan məlumat verilib.

Bildirilib ki, göstərilən faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Dövlət Reklam Agentliyinə verilmiş səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью