Rus Evinə hücum: Səfir XİN ə çağırıldı

27.03.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Çexiyanın Moskvadakı səfiri Praqadakı Rus Evinə edilən hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirə etiraz bildirilib. Rusiya Çexiya tərəfindən hücumu araşdırmağı və məsul şəxsləri tapıb cəzalandırmağı tələb edib.

Qeyd edək ki, martın 26-da Praqadakı Rus Evinə Molotov kokteyli atılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью