Rus fenomen Qazaxıstandan qovuldu

13.08.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı internet fenomeni, sosial şəbəkələrdə "Fasoollka" təxəllüsü ilə tanınan Kseniya Quzayeva Qazaxıstandan deportasiya edilib. 

Modern.az xəbər verir ki, onun deportasiya edilməsinə canlı yayımlar zamanı səsləndirdiyi “təxribat xarakterli fikirlər” səbəb olub.

Belə ki, Quzayeva canlı yayım zamanı Qazaxıstanı təhqiramiz ifadə ilə “Ştrafostan” adlandırıb və Pavlodarın Rusiya şəhəri olduğunu bildirib.

Bundan başqa, onun Qazaxıstanın qadınları ilə bağlı da təhqiramiz ifadələr işlətdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью