Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Lokomotiv”in futbolçusu Aleksey Batrakov Səudiyyə Ərəbistanıdan təklif alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə menecer Vadim Şlinev məlumat yayıb. O, adını açıqlamadığı bir klubun Batrakov üçün illik 120 milyon dollar təklif etdiyini bildirib. Rus futbolçu təklifdən imtina edib.
20 yaşlı yarımmüdafiəçi bu mövsüm 20 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.